Dekabrın
16-da Bakıdakı 6 nömrəli tam orta məktəbdə Təhsil
Nazirliyinin müvafiq əmri ilə ümumtəhsil məktəblərinin
şagirdləri arasında dahi rus şairi, dramaturqu və
rəssamı Mixail Yuryeviç Lermontovun anadan olmasının 200
illik yubileyinə həsr olunmuş müsabiqə keçirilir.
Müsabiqədə məktəblilər 3 nominasiya-bədii qiraət,
teatrlaşdırılmış səhnəciklər və rəsm üzrə iştirak
edirlər. Bu nominasiyalar üzrə qaliblərin seçim prosesi
müsabiqənin Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş
münsiflər heyəti məktəblilərin dahi rus ədibinin
yaradıcılığı ilə bağlı biliyini qiymətləndirəcək.
Müsabiqə 2 mərhələdə, ümumtəhsil məktəblərinin VII -XI
sinif şagirdləri arasında keçirilir. Müsabiqənin məqsədi
XIX əsrin dahi rus şairi və dramaturqu olan Mixail
Yuryeviç Lermontovun zəngin həyat və fəaliyyətini gənc
nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq
oyatmaqdan ibarətdir. 40-a yaxın məktəbdən 150 şagirdin
qatıldığı müsabiqədə məktəblilər yüksək fəallıq nümayiş
etdirirlər. Müsabiqə dekabrın 19-dək davam edəcək.
Qeyd edək ki, müsabiqəyə dekabrın 15-də rəsm
nominasiyası üzrə 46 nömrəli Məktəbdənkənar Tərbiyə işi
Mərkəzində start verilib. Burada 250-yə yaxın şagirdin
110 ən yaxşı rəsm işi seçilərək Heydər Əliyev Mərkəzinə
təqdim edilib. Eyni zamanda məktəblilərin M.Lermontovun
əsərləri əsasında hazırlanmış teatr səhnələrini ifa
qabiliyyəti də dəyərləndiriləcək.
Müsabiqənin Respublika mərhələsinin hər nominasiya üzrə
I, II və III yerin qalibləri və fəal iştirakçıları
Təhsil Nazirliyinin diplomu ilə təltif olunacaq.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |