Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

Tələbələrin şahmat üzrə turnirinə start verildi

 

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və idman klubunun birgə təşkilatçılığı ilə universitetin 95 illiyinə həsr olunmuş idman dərəcəli tələbələr arasında şəxsi birincilik yarışları üzrə turnirin açılışı olub.

Açılış mərasimində THİK-in sədri və komitə əməkdaşları, idman klubunun müdiri, məşqçiləri və şahmat üzrə BDU-nun idman dərəcəli tələbələri iştirak ediblər. Tədbirdə ölkəmizdə idmana göstərilən qayğıdan və BDU-da tələbələrin müxtəlif idman növləri üzrə məşğul olmasını təmin etmək üçün yaradılan şəraitdən söz açılıb.

Qeyd edək ki, BDU-nun 95 illik yubileyinə həsr olunmuş turnir bir həftə davam edəcək. Sonda tələbələr BDU THİK tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar. 

Rəşid MUSTAFAZADƏ

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov