Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2014 - №49

 

"Gənc səyahətçilər" Beynəlxalq Alpinizm düşərgəsində olublar

 

Böyütmək üçün seçinBakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  "Gənc səyahətçilər" dərnəyinin rəhbəri və Azərbaycan  Alpinizm Federasiyasının üzvü Yevgeniya Nəcəfova və dərnəyin 4 nəfər üzvü -Cavid Ələsgərov, Cavid Quluzadə, Fuad Quluzadə  və Murad  Nəsibli Avstriyanın Lienz şəhərciyində 4-7 dekabr 2014-cü il tarixlərində keçirilmiş Gənclərin 8-ci Beynəlxalq Alpinizm düşərgəsində iştirak ediblər. 11 ölkənin nümayəndə heyətinin  iştirak etdiyi düşərgədə  MDB ölkələrindən yalnız Azərbaycan nümayəndə heyəti təmsil olunub. Dərnək üzvləri 13-15 yaşlarında olmalarına baxmayaraq, iki il Gürcüstanın Bakuriani şəhərində uşaq xizəkçiliyi  məktəbində təlim keçib və xizək yarışmasında öz bacarıqlarını nümayiş etdiriblər.

Düşərgənin açılışı dekabrın 4-ü  tarixində Lienz şəhərciyində olub. Həmin gün  iştirakçılarla  dağ xizəkçiliyi üzrə dünya çempionu Mire Mironun görüşü  də təşkil edilib. İkinci gün iştirakçılar 2600 metr hündürlükdən xizəklə xüsusi trasslarla  üzüaşağı sürüşüb, üçüncü gün isə nəzəri və təcrübi məşğələlər keçiblər. Nümayəndə heyəti düşərgədə Vətənimizi layiqincə təmsil edib. İngilis dilində sərbəst danışan dərnək üzvləri digər ölkələrin uşaqları ilə ünsiyyət yaradıb, tədbir təşkilatçılarına isə Azərbaycan bayrağını və başqa orijinal  hədiyyələr təqdim ediblər. 

Tədbirin sonunda Dağ Xizək üzrə Beynəlxalq Federasiyanın prezidenti ilə iştirakçıların və nümayəndə heyətlərinin görüşü keçirilib. Həmin görüşdə Azərbaycan təmsilçilərinə  hədiyyələr təqdim  olunub. 

Üç gün davam edən tədbirdən mərkəzin "Gənc səyahətçilər" dərnəyinin  üzvləri çox böyük təəssüratlarla Vətənə qayıdıblar.  Onlar  gələcəkdə Azərbaycan dağ xizək idman növünə dünya şöhrəti qazandıracaqlarına əmindirlər. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov