Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Təhsil sahəsində birgə fəaliyyət müzakirə edilib

 

Böyütmək üçün seçinTəhsil naziri Mikayıl Cabbarov "Rossotrudniçestvo" agentliyinin başçısının müavini Larisa Yefremova ilə görüşüb.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AzərTAc-ın müxbirinə bildiriblər ki, görüşdə təhsil sahəsində ikitərəfli münasibətlər müzakirə edilib. Azərbaycanlı tələbələrin Rusiyanın ali məktəblərinə daxil olması və təhsil alması şərtləri də nəzərdən keçirilib.

Görüşdə Rusiya Federasiyası Hökumətinin ayırdığı dövlət təqaüdləri kvotaları çərçivəsində Rusiyanın ali təhsil ocaqlarında təhsil almaq istəyənlərin seçiminin bəzi aspektlərinə toxunulub. Tərəflər abituriyentlərin olimpiadaların nəticələrinə əsasən seçilməsini perspektivli istiqamətlərdən biri sayıblar. Məsələn, "Rossotrudniçestvo" agentliyinin Rusiya Təhsil və Elm Agentliyi və Aparıcı Texniki Ali Məktəblər Konsorsiumu ilə birgə təşkilatçılığı ilə bir sıra ölkələrdə "Rusiyada oxumaq zamanıdır!" olimpiadası keçirilir.

Seçim meyarlarını işləyib hazırlamaq, habelə "Rossotrudniçestvo" ilə Azərbaycan Təhsil Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandum hazırlamaq məqsədi ilə Rusiya və Azərbaycan mütəxəssislərindən ibarət birgə işçi qrupu yaratmaq təklif edilib.

Görüşün yekunlarına əsasən müvafiq iş protokolu imzalanıb.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov