Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"ADA" İxtisasartırma Proqramının məzunu olan 41 gənc diplomata sertifikatlar təqdim edilib

 

"ADA" Universitetinin İxtisasartırma Proqramı 41 gənc diplomat üçün keçirdiyi təlim proqramını uğurla başa vurub. Bu barədə AzərTAc-a universitetdən məlumat verilib.

Bu münasibətlə təşkil edilən tədbirdə "ADA"-nın rektoru Hafiz Paşayev çıxış edərək artıq 8 ildir keçirilən proqramın Azərbaycanda yeni nəsil diplomatların hazırlanmasında böyük rol oynadığını söyləyib.

"ADA" İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva 2007-ci ildən fəaliyyət göstərən İxtisasartırma Proqramının bu günə qədər hökumət və biznes sektorunda fəaliyyət göstərən 786 azərbaycanlı, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Avropadan 500-dən artıq xarici diplomatın müxtəlif mövzularda bacarıqlarının təkmilləşdirilməsində rolunu qeyd edib.

Məlumat verilib ki, keçirilən növbəti təlim zamanı 41 gəncə diplomat liderlik bacarıqları, effektiv kommunikasiya, komandada işləmək, danışıqlar aparmaq bacarıqları, iş görüşlərinin düzgün idarə edilməsi, natiqlik, o cümlədən ictimai diplomatiyada mövcud tendensiyalar, media ilə əlaqələrin qurulması, Azərbaycanşünaslıq kimi mövzular üzrə təlimlər keçirilib. Proqramın təlimçiləri arasında "ADA" Universitetinin dekanları, prorektorları və professor heyəti ilə yanaşı, Polşa, Malta və digər ölkələrdən gəlmiş müstəqil konsultantlar, Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, parlament üzvləri, o cümlədən Bakıdakı bir sıra səfirliklərin təmsilçiləri olublar.

Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov