Dekabrın
19-da Türk Akademiyasının prezidenti, professor Darhan
Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) olub.
ADİU-nun rektoru, professor Ədalət Muradov qonağı
salamlayaraq universitetin professor-müəllim və tələbə
heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat
verib.
Türk Akademiyasının prezidenti, professor Darhan
Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir
ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan
olduğunu bildirib.
Qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin
suallarını cavablandırıb.
Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında
təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və
təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında
anlaşma memorandumu imzalanıb.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |