Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Görkəmli alim və tədqiqatçı Şirməmməd Hüseynovun 90 illiyi qeyd olunub

 

Dekabrın 22-də Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

BDU-nun jurnalistika fakültəsinin tələbə-müəllim heyətinin və müxtəlif qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. O, yubilyarı təbrik edərək, ona uğurlar arzulayıb. Ş.Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açan rektor qeyd edib ki, Azərbaycan mətbuat tarixinin patriarxı Ş.Hüseynov hamının müəllimidir. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Şirməmməd Hüseynovun "Şərəf" ordeni ilə təltif edilməsi qürurverici hadisədir.

BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev çıxış edərək Ş.Hüseynovun həyat və yaradıcılığı ilə bağlı məlumat verib.

Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı spesifik məqamlardan, onları səciyyələndirən milli təəssübkeşlik xüsusiyyətlərindən, dövlətçilik ənənələrimizə sədaqət ruhunu yaşatmalarından söz açıb, tariximizin zənginləşməsinə layiqli töhfə olan  Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətlərinə toxunub. Azərbaycan jurnalistikasında müəllimliyi, tədqiqatçılığı və publisistikanı yeni məktəb səviyyəsinə yüksəldən Şirməmməd Hüseynovun yaradıcılığının peşəkar jurnalist nəslinin söykəndiyi ən etibarlı mənbə kimi qiymətli olduğunu deyən Cahangir Məmmədli ölkə ictimaiyyətinin də Şirməmməd müəllimin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Sonra çıxış edən qonaqlar Ş.Hüseynovun həyat və yaradıcılığından, Azərbaycan mətbuat tarixinin tədqiqində əvəzedilməz rolundan danışdılar.

Tədbirin sonunda Şirməmməd Hüseynov çıxış edərək apardığı tədqiqatlardan danışıb,  tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov