Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

İkinci sinif şagirdi böyük uğurlar sorağında

 

 Qaflan Abbasov 2007-ci ildə Bakıda anadan olub.  Paytaxtdakı  210 nömrəli  tam orta məktəbin II sinif şagirdidir. Yaşının az olmasına  baxmayaraq  qeyrı-adi istedad sahibidir. 5 yaşından  Nizami  rayon Uşaq -Gənclər Yaradıcılıq Mərkəzində "Bal" rəqsləri qrupunda  məşğul olur.   "Milli rəqs", "Azəri inciləri"  rəqs qruplarının,"Çiçəyim" uşaq teatr studiyasının üzvüdür. 2013-cü ildə ilk uğuruna imza atıb. Milli  Konservatoriyada bal rəqsləri üzrə keçirilən müsabiqədə I yeri tutaraq  diplom və medalla təltif olunub. 2014-cü ilin noyabrında Azərbaycan kuboku və idman rəqsləri üzrə keçirilən müsabiqədə  I yerə layiq görülüb.

Mərkəzin  sevimli və bacarıqlı  üzvü olan Q.Abbasov  müxtəlif  telekanallarda  ayrı-ayrı uşaq verilişlərində  iştirak edib. Mədəniyyət  telekanalında  "Dərsdən sonra" verilişində moda nümayiş etdirərək tamaşaçı  sevgisi  qazanıb. Space telekanalında yayımlanan "Mən böyümüşəm" uşaq verilişində maraqlı çıxışı ilə  tamaşaçılarda xoş ovqat yaradıb.  Qaflan bir çox  tədbirlərdə  məharətlə  çıxış edib. Hər ilin  mayında ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunan  Gül bayramlarında, Heydər Əliyev Fondunun təşkil etdiyi uşaq tədbirlərində, Fondun yeniyetmələr üçün keçirtdiyi  Yeni il şənliklərindəki çıxışları maraqla qarşılanıb.

 Böyük istedad sahibi olan Qaflan  dərs əlaçısıdır.  Rus və ingilis dillərində sərbəst danışır. İdmanın  taekvando növü ilə də məşğul olur. Gələcəkdə  diplomat olmaq arzusu ilə yaşayır. Bu müqəddəs arzusuna qovuşmaqda Qaflana uğurlar arzulayırıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov