Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

12 yaşlı Çinarə beynəlxalq müsabiqələr laureatıdır

 

Çinarə Əzimova  2002-ci ildə Bakı şəhərində anadan olub.  2011-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IV sinfinə daxil olub.  Vokal ixtisası üzrə dosent İradə Xəlilovanın sinfində təhsil alır.  2009-cu ildə keçirilmiş M.Rostropoviç adına "Gənc ifaşıların Bakı müsabiqəsi"nin laureatıdır. 2012-ci ildə  vokal ixtisası  üzrə SSRİ xalq artisti Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş musiqi festivalının qalibi adına, 2013-cü il Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VIII Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsinin  vokal ixtisası üzrə laureat olub. 2014-cü ildə Latviya "Riqa-Simfony" müsabiqəsində Qran-pri mükafatını qazanıb. 2014-cü ildə  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında keçirilmiş "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi  Festivalında iştirak edib.  

Hazırda  o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka ixtisası üzrə VII sinfində oxuyur.  Çinarə Əzimova dəfələrlə dövlət tədbirlərində iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov