Dekabrın 25-də Qərb Universitetində görkəmli alim Xudu
Məmmədovun xatirəsinə həsr olunmuş "İncəsənət və elm
məqsədlərin vahidliyi və onlarda dünyanın
müxtəlifliyinin ifadəsi" mövzusunda Respublika elmi
konfransı keçirildi. Konfransı giriş sözü ilə açan
universitetin dizayn kafedrasının müdiri Pərvin Əliyeva
tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verdi.
Sonra professor Səyavuş Dadaşov "Dizayn sənətində
simmetriyanın pozulması" adlı elmi araşdırması barədə
çıxış etdi. Daha sonra AMEA Fizika İnstitutunun
İnnovasiya bölməsinin aparıcı elmi işçisi, fizika üzrə
fəlsəfə doktoru İmaməddin Əmiraslanov kristalloqrafiya
elmi və türk xalq sənətinin bu elmlə əlaqələrindən
danışdı.
Digər çıxış edənlər - professor Təranə Bəkirova, xalça
üzrə mütəxəssis Ulduz Zeynalova və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının dosenti Məhəmmədhüseyn Məmmədov
bu elmə dair maraqlı faktlardan söz açdılar, eləcə də bu
elmin inkişafında azərbaycanlı alim-kristalloqraf Xudu
Məmmədovun fəaliyyətini yüksək dəyərləndirdilər.
Bünyamin BÜNYATZADƏ |