Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Təhsil Nazirliyi aparatının əməkdaşları arasında stolüstü tennis turniri

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin aparatının əməkdaşları arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Təhsil Nazirliyinin 30-a yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri iştirak edib.

Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib. Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın bu növünə marağının təhsilalanlar arasında da stolüstü tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu isə onların sağlam inkişafına müsbət təsir göstərir.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana böyük marağın olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində Azərbaycanın idman arenalarında uğurları ildən-ilə artır. 1996-cı ildə olimpiadada cəmi 1 medal qazanan Azərbaycan idmançıları hər sonrakı olimpiadada əvvəlkindən çox medal əldə ediblər. Bu isə ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini göstərir.

 Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub. Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub. Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva tutublar.   

Qaliblər Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov