Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

SABAH qruplarına əlavə qəbul başa çatıb

 

Əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.

Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. SABAH qruplarında ixtisasların sayı da artaraq 33-dən 37-yə yüksəlib.

Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov