Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Məktəblilər arasında keçirilən fənn müsabiqələrinə yekun vurulub

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb.

Yanvarın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə bilik yarışına qatılıb.

Fizika, kimya və biologiya fənn müsabiqələrində Bakı və Sumqayıt şəhərləri üzrə 29 məktəbdən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, məktəblər VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə təmsil olunub. 

Fizika-riyaziyyat və informatika, kimya və biologiya təmayüllü liseylərdə 3 mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov