Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Müəllimlərə sertifikatlar verilib

 

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə respublika tabeli ümumi təhsil məktəblərində biologiya və həyat bilgisi fənlərini tədris edən müəllimlər üçün "Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi" mövzusunda ikigünlük təlim kursu keçirilib. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.

Eyni zamanda Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə də şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri üçün təlim keçirilib.

Kursu uğurla başa vuran müəllimlərə "Təlimçilər üçün təlimçi" sertifikatı təqdim olunub.    

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov