Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

"Bakı 2-ci Ailəvi İdman Yarışı" başa çatıb

 

Böyütmək üçün seçinMilli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Bakı 2-ci Ailəvi İdman Yarışı" başa çatıb.

"Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində təşkil olunan, musiqili-bədii və əyləncəli idman proqramından ibarət yarışın məqsədi kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdən və sağlam həyat tərzini təşviq etməkdən ibarətdir.

Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət tədbirə 10 müxtəlif rayon və şəhərdən olan 12 ailə qatılıb. Yarışlara 1000 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.

Final yarışını giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə belə tədbirlərin uşaq və gənclərin idman ruhunda tərbiyəsində, kütləvi bədən tərbiyəsi və idmanın təşviq edilməsində mühüm rol oynadığını vurğulayıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov qeyd edib ki, təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da öz əksini tapıb: "FASA proqramının yalnız Bakıda deyil, ölkənin regionlarında da keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu proqram davamlı olacaq və əhali arasında aktiv həyat tərzinin inkişafına öz töhfəsini verəcəkdir".

"Coca-Cola Bottlers" MMC-nin baş meneceri Cem Becel layihə çərçivəsində həyata keçirilən tədbirlərin 80 mindən artıq insanı, xüsusilə uşaq və gəncləri əhatə etdiyini xatırladıb. Onun sözlərinə görə, "sağlam və aktiv həyat tərzinin təbliği və dəstəklənməsi" şirkətin əsas strateji məqsədlərindən biridir.

Final yarışları iki raundda keçirilib. "Bakı 2-ci Ailəvi İdman Yarışı"nın final mərhələsinə yüksələn komandalar Xaçmazdan Nurullayevlər, Zaqataladan Məmmədovlar, Qusardan Əzimovlar və Qəbələdən Əhmədovlar ailəsi olub. Gərgin rəqabət şəraitində keçən estafetin nəticəsi olaraq 1-ci yeri Qusardan Əzimovlar ailəsi, 2-ci yeri Zaqataladan Məmmədovlar ailəsi və 3-cü yeri Qəbələdən Əhmədovlar ailəsi tutub. Yarışın qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

"Bakı 2-ci Ailəvi İdman Yarışı"nda Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, milli idman federasiyalarının, "Coca-Cola" şirkətinin rəsmiləri ilə birgə olimpiya və paralimpiya çempionları, məşhur idmançılar, həmçinin Milli Olimpiya səfirləri Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayeva da tamaşaçı qismində iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov