Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Rəsmi xronika

 

* Yanvarın 10-da Azərbaycan Prezidenti  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 *Prezident İlham Əliyev yanvarın 14-də Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14-15 yanvar tarixlərində Türkiyə Respublikasında dövlət səfərində olub. Yanvarın 15-də  Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Həmin gün  Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib. İclasdan sonra ölkə başçısı  İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Sənədlərin  imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.  Səfər çərçivəsində Prezident İlham Əliyev yanvarın 14-də  Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə də  görüşüb.

 * Dövlət başçısı  İlham Əliyev yanvarın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Ölkə başçısı  Sumqayıta səfəri çərçivəsində Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub, bir sıra sosial və iqtisadi yönümlü obyektlərin açılışlarında iştirak edib.

 * Prezident  İlham Əliyev yanvarın 12-də  2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili"elan edilməsi haqqında sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov