Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Gəncə Dövlət Universitetinin elmi əlaqələri genişlənir

 

Gəncə Dövlət Universiteti "Mövlana"  mübadilə proqramı çərçivəsində 20-dən artıq Türkiyə universiteti ilə müqavilə bağlamışdır. Həmin müqavilələrə uyğun olaraq ötən ilin noyabr-dekabr   aylarında universitetimizin bir  əməkdaşı  Ankaranın  Hacəttəpə  Universitetində, dörd nəfər əməkdaş Elazığda yerləşən  Fırat Universitetində təcrübə keçmişdir. Bir həftə ərzində müəllimlər dərslərdə iştirak etmiş, həmçinin dərs demişlər. Hazırda həmin proqram çərçivəsində iki nəfər tələbə Hacəttəpə Universitetində, iki nəfər tələbə Giresunda, Ardahan Universitetindən də bir nəfər tələbə  isə Gəncə Dövlət Universitetində təhsilini davam etdirir.

ERASMUS-webb layihəsinə əsasən 10 nəfər bakalavr, magistr və doktorant  İtaliya, Fransa, Finlandiya və Polşada təhsil almaqdadır. Onların beş nəfəri İtaliyanın Ka-Foskari Universitetindədir. Ka-Foskari Universitetində  elmi işini  davam  etdirən  doktorant  Gültəkin  Allahverdiyeva  Cənubi Qafqaz məsələlərini araşdırır.

TEMPUS proqramı çərçivəsində  üç qalib  layihənin iştirakçısı olan  Gəncə Dövlət Universiteti həmin layihələr əsasında işlərini gücləndirməkdədir. Ötən ilin dekabr ayında layihə çərçivəsində Bakıda və Naxçıvanda  keçirilmiş treninqlərdə universitetimizin əməkdaşları da iştirak etmişlər. ESVİDİP layihəsinin yekununda isə Gəncə Dövlət Universitetində əlil tələbələr üçün qərb regionunda ilk  mərkəz  açılacaqdır.

Fransadan olan Lusil Vitkov Azərbaycan Fransa İnstitutu ilə müqavilə əsasında stajor qismində Gəncə Dövlət Universitetinin fransız dili ixtisasında üç ay müddətində dərs demişdir.

Universitet Avropanın ali məktəbləri və dünyanın digər universitetləri ilə  əlaqələrini durmadan genişləndirməkdədir. Bu isə beynəlxalq əməkdaşlıq, təhsil mübadiləsi, daha savadlı mütəxəssislərin hazırlanması sahəsində öz  bəhrəsini verir. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov