Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

 

Yanvarın 15-də "ADA" Universiteti ilə ABŞ-ın Hyuston Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu "ADA" Universitetinin rektoru Hafiz Paşayev və Hyuston Universitetinin rektoru Renu Xatur imzalayıblar.

"ADA" Universitetindən AzərTAc-a bildirilib ki, memoranduma əsasən tərəflər hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanların yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə, enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli ixtisasartırma və magistratura proqramları, o cümlədən tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə razılıq veriblər.

Qeyd edək ki, "ADA" Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov