Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Fənn olimpiadalarının növbəti mərhələsi başa çatıb

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblilərin Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatıb.  Bu mərhələnin nəticələri 15 gün ərzində elan olunacaq.

Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20600 nəfər şagird iştirak edib. IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə  öz biliklərini nümayiş etdiriblər.

Tapşırıqlar münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test sualları formasında tərtib olunub. Rayon (şəhər) mərhələsində Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənləri üzrə bilik yarışına maraq göstərən şagirdlər daha çox olub. İnformatika və biologiya fənləri üzrə olimpiadalarda isə nisbətən az şagird iştirak edib.

Bu mərhələdə uğur qazanan şagirdlər Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov