Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Boks üzrə birinciliyə yekun vurulub

 

Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər birinciliyi keçirilib.   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, birincilikdə   18 klubu    təmsil edən idmançılar mübarizə aparıblar.

Yarışın nəticələrinə görə "Gilan" İdman Klubunun təmsilçiləri Hakim Nəsirov (46 kq), Hüseyn Sadıxov (50 kq), Seyidrza Sadıqzadə (52 kq), İmaməli Həsənov (54 kq), Füzuli Tağıyev (57 kq), Turan Sadıqov (63 kq), Zaur Musayev (66 kq), Kənan İsmayılzadə (75 kq), "Rabitə"dən Nəbi İsgəndərov (44 kq), Hacı Dilbazov, Şaiq Məlikov (70 kq), Məhəmməd Abdullayev (80 kq-dan yuxarı), "Qızıl Əlcək" kollektivindən Pərvin Heydərov (48 kq), "Qələbə" klubundan İsmayıl Yaqubov (60 kq), "Neftçi" İKİB-dən isə Xalid Məmmədov (80 kq) fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov