Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Rektor müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib

 

 Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağının İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb. Görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər. Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.

Məlumat üçün bildiririk ki, ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov