Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Lənkəran Dövlət Universitetində konfrans

 

Lənkəran Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfransdan əvvəl universitetin professor-müəllim və tələbə kollektivinin Lənkəran Şəhidlər kompleksinə ziyarəti təşkil edilib, abidə önünə gül-çiçək dəstələri düzülüb.

Tədbir öz işini universitetin böyük akt zalında davam etdirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı açan LDU-nun  rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov qeyd edib ki, 20 Yanvar - ümumxalq hüzn günü ilə əlaqədar universitetdə silsilə tədbirlər keçirilib. Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı fakültələrin tələbələri ilə görüşlər keçirilib və mühazirələr təşkil edilib. Tədris aparılan akademik qruplarda birinci saat 20 Yanvar faciəsinə həsr olunub.

LDU-nun dil və ədəbiyyat kafedrasının müdiri, dosent, filologiya elmləri doktoru Yadulla Ağazadə, şəhid atası Ələkbər Əliyev, universitetin mülki-müdafiə və tibbi biliklər kafedrasının müəllimi, Qarabağ müharibəsi veteranı  Arif Məmmədov, tələbə və magistrantları Uğur Qurbanzadə, Emin Həmidov, Qismət İsgəndərov, Mina Hacızadə çıxış edərək 20 Yanvar hadisələrinə münasibətlərini bildiriblər.

Sonra konfrans iştirakçıları universitetin Elmi kitabxanasında 20 Yanvar faciəsini əks etdirən kitab sərgisi və fotostendlərlə tanış olublar.

Konfransda rayon ictimaiyyətinin, elm, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov