Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Azərbaycan Dövlət İqtisad Universitetində şəhidlərin xatirəsi anılıb

 

Böyütmək üçün seçinYanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.  Mərasim iştirakçıları ali təhsil ocağında şəhid tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, 20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb.  Milli Məclisin deputatı, ADİU-nun kafedra müdiri, professor Xanhüseyn Kazımlı, Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov 20 Yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh ediblər.

Sonra ADİU-nun şəhid tələbələri İlqar Əbülhəsənovun qardaşı Yavər Əbülhəsənov, Habil Əzizovun anası Zinayə Əzizova çıxış edərək şəhidlərin keçdiyi həyat yolundan danışıblar.

Tədbir 20 Yanvar hadisələrini əks etdirən videofilmin nümayişi ilə davam edib. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov