Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Xaçmazda şagirdlər bilik yarışında mübarizə aparıblar

 

Xaçmaz Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda  qeyd olunur  ki,  akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə məktəblilərin 2014-2015-ci dərs ilində respublika fənn olimpiadalarının rayon mərhələsi  keçirilib.

Azərbaycan və rus bölmələrindən 200 nəfərə yaxın şagirdin qatıldığı bilik yarışması 8 fənn üzrə aparılıb.

Fənn olimpiadasında ilk dəfə olaraq suallar test formasında təqdim olunub.

Şagirdlərin cavab kartları Təhsil Nazirliyində yaradılan xüsusi komissiyada kompüter vasitəsilə yoxlanılacaq.

Fənn olimpiadalarının rayon mərhələsində  fərqlənən şagirdlər respublika mərhələsində iştirak edəcəklər.   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov