Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Tovuz Peşə Liseyində şagirdlər hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunur

 

Böyütmək üçün seçinTovuz  Peşə Liseyindən aldığımız məlumatda  bildirilir  ki,  liseydə şagirdlərin  hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində xeyli işlər görülüb. Belə ki, liseydə çox zəngin və müasir tələblərə cavab verən "Gənclərin çağırışaqədərki hazırlığı" kabineti yaradılıb, Azərbaycanın və rayonun milli qəhrəmanlarına, şəhidlərə həsr olunmuş stend və guşələr diqqəti cəlb edir. Rayon ərazisində yerləşən "N" saylı hərbi hissənin komandanlığı ilə əldə olunmuş razılığa əsasən lisey şagirdlərinin mütəmadi olaraq həmin hərbi hissəyə ekskursiyaları təşkil olunur.

Təhsil ocağının təşəbbüsü nəticəsində "Aqrolizinq" ASC-nin Tovuz  Servisi ilə müqavilə bağlanılıb və  traktorçu-maşinist peşəsi üzrə təhsil alan   şagirdlərin istehsalat  təcrübəsinin səmərəli keçirilməsi təmin  edilib.

Təhsil Nazirliyinin diqqət və qayğısı nəticəsində liseyin kitabxanası yeni dərslik, plakat və əyani vəsaitlərlə, müasir tələblərə cavab verən İKT kabineti  yeni avadanlıqlarla təmin olunub. 

Liseyin mühəndis - pedaqoji kollektivi   ixtisaslı fəhlə kadrlarının  hazırlanmasında   bütün bilik və bacarığından   istifadə edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov