Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Uşaqlar üçün ekoloji laboratoriyanın ilk məşğələsi

 

 IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya"nın ilk məşğələsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutan məşğələ gənc ekoloqların böyük marağına səbəb olub.  Məşğələ zamanı uşaqlar laboratoriya tədqiqatı vasitəsilə təbiət hadisələrinin, xüsusilə də buzların əriməsinin sirlərini öyrəniblər. İnteraktiv xarakter daşıyan məşğələnin gedişində uşaqlar üçün təbiətlə bağlı həvəskar yarışmalar və maraqlı oyunlar təşkil edilib.

"Uşaqlar üçün ekoloji laboratoriya" layihəsinin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov