Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Qubada son iki ildə 15 məktəb binası tikilib

 

Quba Rayon Təhsil Şöbəsinin müdir əvəzi L.Müslümovdan aldığımız  məlumatda  bildirilir ki, iki il ərzində rayonda 15 məktəb tikilib. Bu il Afurca kəndində 120, Qımılqışlaq kəndində isə 220 şagird yerlik məktəb binaları istifadəyə veriləcək. Əsparəsti və Məckə-Xacə kəndlərində də yeni məktəb binalarının tikintisinə başlanılıb.Yeni dərs ilində məktəblər inventar və avadanlıqlarla tam təchiz edilib.

Hazırda 52 məktəbdə kompüter sinfi fəaliyyət göstərir. Məktəb kitabxanalarında kitab fondu xeyli zənginləşib. Ümumtəhsil məktəblərində müəllimə olan ehtiyac ilbəil öz həllini tapır. Vakant yerlərə imtahan vermiş 106 müəllimdən 84-ü seçdiyi məktəblərdə fəaliyyətə başlayıb.

Təhsil şöbəsi müəllimlərin metodik hazırlığını yüksəltmək üçün məktəblərarası 7 metodik məntəqənin  və 45 dayaq məntəqəsinin fəaliyyətini təşkil edib.

Məktəblilərin VIII Beynəlxalq ətraf mühitin mühafizəsi "İNEPO - EUROASİA" layihə olimpiadasında ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin 50  dərnək üzvü, Finlandiyanın Hyvinka şəhərində Beynəlxalq İncəsənət sərgisində Uşaq Yaradıcılıq Mərkəzinin 15  dərnək üzvü iştirak edib.

"Ekoerudit" məktəblilərin breyn-rinq bilik yarışının zona turunda Quba şəhər 6 nömrəli tam orta məktəbinin "Eko-star" komandası 8 komanda arasında I yeri tutaraq yarışların respublika turunda iştirak edib.  Quba  məktəbliləri  "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsinin iştirakçısı olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov