Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Birinci intellektual bilik yarışı keçirilib

 

Quba şəhərindəki Gənclər Təhsil Mərkəzində keçirilən regional ofisin açılış mərasimində ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin hədəfləri, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə iştirakı, eləcə də gənclərin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.

GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Qubada regional ofisin yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, intellektual yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin tərkib hissəsidir. I intellektual bilik yarışının əsas məqsədi də gənclərin intellektual səviyyəsinin yüksəldilməsini stimullaşdırmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Bilik yarışmasında qalib gələn komandalar Gənclər üçün Təhsil Mərkəzi tərəfindən mükafatlandırılıblar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov