Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş tədbir

 

Bakı Biznes Mərkəzində  yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin başlıca məqsədi ölkəmizin paytaxtında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinin və şəxsi heyətinin ötən il həyata keçirdiyi fəaliyyətə nəzər salmaq, habelə xidmətdə fərqlənənləri təltif etmək olmuşdur. Tədbirdə Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları,  KİV təmsilçiləri, həmçinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Yol polisinin gənc köməkçiləri" komandası iştirak etmişdir.

Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ən zəruri istiqamətlərdən biri olduğuna görə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisinin birgə fəaliyyət planına uyğun mərkəzdə müntəzəm məşğələlər keçirilir. Bu məşğələlərdə uşaqlar müxtəlif forma və metodlardan istifadə edərək yol hərəkəti qaydalarını öyrənirlər. Tədbirdə il ərzində xidmətdə fərqlənən 14 polis əməkdaşı ilə yanaşı, 46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova da xüsusi diplom, yol hərəkəti qaydalarının şərhindən ibarət olan kitablarla və  hədiyyələrlə təltif edilmişdir. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov