Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

"Bizim olimpiada" adlı festival keçiriləcək

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayı ərzində idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət "Bizim olimpiada" adlı festival keçiriləcək.  Festivalın məqsədi "Bakı - 2015" ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Festivalda 7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər.  Qeyd edək ki, rəsm işləri kağız, kətan və digər materiallar üzərində olmalıdır. Festivalda  müxtəlif texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl işləri qəbul olunacaq.

Qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılacaq. Münsiflər heyəti tərəfindən 10 nəfər rəsm, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom və mükafatlarla təltif ediləcəkdir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov