Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

I sinfə qəbul sistemi hazırlanır

 

Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesinin elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutmuşdur.

Bu məqsədlə hazırda sistem üzərində son tamamlama işləri aparılır.

Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I  sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlamışdır.

Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilmiş, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılmışdır.

Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov