Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Təqdimat mərasimində "İlin gənc alimi" nominasiyası üzrə qaliblər mükafatlandırılıb

 

Böyütmək üçün seçin Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında "Ədəbiyyat məcmuəsi"nin gənc alimlər üçün xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.

Bu gün də Azərbaycan rəhbərliyi tərəfindən gənclərin problemlərinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" qəbul edilmişdir. Akademik İsa Həbibbəyli Dövlət proqramlarından irəli gələn vəzifələr işığında akademiyada aparılan islahatların artıq uğurlu nəticələrə yol açdığını bildirib. İnstitut rəhbəri akademiyanın qədəm qoyduğu müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolunun artdığını diqqətə çatdırıb, elmi-tədqiqat müəssisəsində gənc alimlərin böyük fəallıq göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını qeyd edib. Akademik institutda nəşr edilən, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasında yer alan "Ədəbiyyat məcmuəsi"nin növbəti sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini təsadüf deyil, zərurətdən yarandığını bildirib.

Mərasimdə akademik İsa Həbibbəyli "İlin gənc alimi"  nominasiyası üzrə mükafatların qaliblərinin adlarını da açıqlayıb. 2014-cü ildəki elmi fəaliyyətlərinə görə "İlin gənc alimi" nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və institutun elmi işçisi Nərgiz Cabbarlıya mükafatlar təqdim edilib.

Tədbirdə  müxtəlif mövzularda məruzələr dinlənilib. Sonra çıxış edənlər gənc alimlərə göstərilən diqqət və qayğıdan danışıb, elmi  nəşrlərin xüsusi buraxılışına və verilən mükafatlara görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Ağahüseyn ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov