Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Azərbaycan Texniki Universitetində Gənclər Günü ilə bağlı tədbir keçirilib

 

Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) Gənclər Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov bu gün münasibəti ilə gəncləri təbrik edib. Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən "Azərbaycan Gənclər Forumu"nun  ölkəmizdə gənclər siyasətinin  formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında xüsusi rolu olub, həmin gün Gənclər Günü kimi elan edilib.

Tədbirdə Yasamal Rayon  Gənclər Təşkilatının sədri İlham Səfərov da çıxış edərək gəncləri təbrik edib. 

Daha sonra universitetin ictimai həyatında fəal rol oynayan tələbələrə fəxri fərman və kiçik hədiyyələr verilib. Həmçinin 24 tələbə rektorluğun xüsusi təşəkkürünü alıb.  

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov