Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

BDU tələbələrinə uğurlu karyeranın sirləri öyrədildi

 

Böyütmək üçün seçinBDU-da TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Fevralın 2-də Bakı Dövlət Universitetində Avropa Komissiyasının TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı (Student Support and Development Services) adlı layihə çərçivəsində geniş tələbə kütlələri üçün növbəti seminar-treninqlərdən biri reallaşdırılıb.

Tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın Qənbərov meneceri olduğu layihənin mahiyyəti və əhəmiyyətindən bəhs edib, layihə çərçivəsində bundan öncə də xeyli seminar-treninqlərin baş tutduğunu diqqətə çatdırıb. Təşkilatın sədri 2 fevral - Gənclər Günü münasibəti ilə tələbələri təbrik edib və ölkədə gənclərə göstərilən qayğıdan, onlar üçün yaradılan şəraitdən söz açıb.

 Daha sonra tanınmış təlimçi Fəxri Ağayev "Müvəffəqiyyət və məsuliyyət - uğurlu karyeraya gedən yol" mövzusunda seminara başlayıb. Müvəffəqiyyətli karyera, hədəf təyinetmə, müvəffəqiyyət və müvəffəqiyyətsizlik, şans - bəxt - qismət başlıqları ilə slaydlar vasitəsilə aparılan seminar BDU tələbələrinin marağına səbəb olub. 300-dən çox tələbənin iştirakı ilə 2 saata yaxın davam edən tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.  

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov