Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Təmiz Binəqədi" Gənclər Forumu keçirilib

 

Bakının Binəqədi rayonunda 2 fevral - Gənclər Günü münasibətilə "Təmiz Binəqədi" Gənclər Forumu keçirilib.

Əvvəlcə forum iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoyub və dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər. Forum öz işinə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Binəqədi rayonunda gənclərlə iş sahəsindən bəhs edən hesabat videoçarxı nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, əldə edilən uğurlardan danışıb.

Sonra forumda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "ASAN xidmət" mərkəzinin insan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış Zəhra Nəbizadə çıxış ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən bir qrup gənc Binəqədi RİH-in fəxri fərmanları ilə təltif edilib. Ötənilki ənənənin davamı olaraq xüsusi fəallığı ilə seçilən bir nəfər gənc isə London Meridian Kollecində iki həftəlik xarici dil kursunda iştirak edəcək.

Forum öz işini "Təmiz Binəqədi" Gənclər Forumunun iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin oxunması ilə yekunlaşdırıb.

Sonda forum iştirakçıları tərəfindən "Gənclərin Təmiz Binəqədi" təşəbbüs qrupu yaradılıb. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov