Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Moskva Open 2015"-də 4-cü tura yekun vurulub

 

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open 2015" beynəlxalq şahmat festivalında 4-cu turun görüşləri başa çatıb. Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif qruplarda Rauf Məmmədov, Ülvi Sadıqov, Ülvi Bacarani, Niyazi Nağdiyev, Rəvan Əliyev, Səbinə İbrahimova, Günay Məmmədzadə, Aydan Höccətova, Aydın Süleymanlı və Məhəmməd Muradlı təmsil edirlər.

3-cü turda Rauf Məmmədov yerli şahmatçı Leonid Nozdracev üzərində qələbəsindən sonra 4-cü turda da çinli Yunguo Vangı məğlubiyyətə uğradaraq xal ehtiyatını 3.5-ə çatdırıb. Beləliklə Məmmədov turnirin lideri Ernesto İnarkievdən yarım xal geri qalır. Ülvi Sadıqov da bu turda qələbə qazanaraq aktivinə 2.5 xal yazıb. Niyazi Nağdiyev 2 xal, Ülvi Bacarani və Rəvan Əliyevin isə 1.5 xalı var.

Qadınların turnirində mübarizə aparan Səbinə İbrahimova isə yerli şahmatçı Yelena Semenova üzərində qələbə qazanaraq 3.5 xalla 2-10-cu yerləri bölüşdürərək əlavə göstəricilərə görə 8-ci yerdədir. Bu qrupda mübarizə aparan digər həmyerlimiz Aydan Höccətova isə 3 xalla 15-ci yerin sahibidir.

Tələbələrin turnirində mübarizə aparan Günay Məmmədzadə isə 2.5 xalla 4-cü pillədə qərarlaşıb.

Aydın Süleymanlı uşaqların turnirində aktivinə 3 xal yazaraq 19-cu yerdədir.Məhəmməd Muradlının isə 2 xalı var. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov