Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Çağırışaqədər yaş həddində olan vətəndaşların və
çağırışçıların fiziki hazırlığı proqramları"nın və
"Çağırışaqədər yaş həddində olan vətəndaşların və
çağırışçıların fiziki hazırlığının təmin edilməsinə
yönəlmiş idman növlərinin siyahısı"nın təsdiq edilməsi
haqqında 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli
qərarının icrasını təmin etmək məqsədi ilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 24 oktyabr tarixli 354 nömrəli qərarı rəhbərlik və
icra üçün qəbul olunsun.
2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 24 oktyabr tarixli 354 nömrəli qərarından irəli gələn
vəzifələrin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin
Fəaliyyət planı" təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər)
təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi
təhsil müəssisələrinin, ilk peşə-ixtisas, orta ixtisas
və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın
ki, Fəaliyyət planının həyata keçirilməsi istiqamətində
zəruri təşkilati-pedaqoji tədbirlər görsünlər, icra
vəziyyəti barədə 2015-ci ilin may və noyabr aylarında
Nazirliyə yazılı hesabat təqdim etsinlər.
4. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov),
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov),
İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev), Elm
və ali təhsil şöbəsi (G.Hüseynova), Təhsilin inkişafı
proqramları şöbəsi (E.Əmrullayev) Fəaliyyət planının
yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlasınlar və
yerli təhsili idarəetmə orqanlarına, təhsil
müəssisələrinin rəhbərliyinə lazımi metodik köməklik
göstərsinlər.
5. İnformasiya şöbəsi (E.Əliyev) Fəaliyyət planının
icrası ilə bağlı görülən işlərin KİV-lərdə
işıqlandırılmasını, bu əmrin əlavəsi ilə birlikdə
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Firudin
Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2015-ci il
Əlavə:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli
Qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi
üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı |