Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Rektor doktorant və dissertantlarla görüşüb

 

Böyütmək üçün seçinFevralın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov doktorant və dissertantlarla görüşüb.

Görüşdə çıxış edən Səməd Seyidov ali təhsil müəssisələrinin məqsədinin ali bilikləri mənimsəmək arzusunda olan gənclərə bu yolda öz fəaliyyətini ən yüksək səviyyədə nümayiş etdirmələri üçün şərait yaratmaq olduğunu söyləyib. Doktorantların maraqlı, çətin, şərəfli sahə olan elmi araşdırmalara yenicə qədəm qoyduqlarını deyən rektor tədqiqatların aparılmasında elmi rəhbərlərlə məsləhətləşməyin önəmli olduğunu qeyd edib.  Bildirilib ki, universitetdə elmi araşdırmaları yüksək səviyyədə aparmaq iqtidarında olan ordu yaranıb və bu elmi orduya köməklik göstərilir. ADU-da gedən tədris proseslərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini və bunun nəticəsi olaraq universitet əməkdaşlarının yüksək vəzifələrə təyin olunduğunu söyləyən rektor Səməd Seyidov professor Azad Məmmədovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirdiyini qeyd edib. Universitet əməkdaşlarının beynəlxalq uğurlarından danışan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin xarici əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Rektor elmin inkişafına töhfə olaraq ADU-nun elmi tədqiqatçılarının məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda nəşrinin, müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda doktorant və dissertantların iştirakının, yerli təşkilatlarla əməkdaşlıqda yeni elmi ideyaların həyata keçirilməsində universitetin maddi dəstək göstərməyə hazır olduğunu bildirdi. Səməd Seyidov öz gələcəyini məhz elmlə bağlayan insanlara bu yolda uğurlar arzulayıb və təbrik edib.

Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov doktorantura təhsilinin  prosedur qaydaları haqqında məlumat verib.

Sonda doktorantların təklif və iradları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov