Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Sumqayıt Dövlət Universitetində seminar

 

 "Schneider Electrik" şirkəti Sumqayıt Dövlət Universitetində (SDU) avtomatlaşdırma, müasir texnologiya və problemlərə həsr olunan seminar keçirib.

Şirkətdən  AzərTAc-a  bildiriblər  ki,  seminarda bu  qurumun  ölkəmiz  üzrə  nümayəndəsinin  müavini  Osman  Şahin  Azərbaycanın  son  illərdəki  sürətli  inkişafını  xüsusi  vurğulayıb.  O,  məhsuldarlığın artırılması  və  gələcək  nəsillər  üçün  daha yaxşı iş mühitinin yaradılması üçün müxtəlif sahələrə enerji baxımından  səmərəli texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edib.

Şirkətin avtomatlaşdırma üzrə işçi qrupunun rəhbəri Pünhan Seyidov avtomatlaşdırma sahəsində qurumun məhsul və həllərinin əməliyyat iş səmərəliliyini artırdığını, enerjidən istifadəni daha etibarlı və təhlükəsiz etdiyini söyləyib.  Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun avtomatlaşdırma laboratoriyasının rəhbəri Asif Rzayev nasosla işləyən mühərriklərdə Altivar 71 seriyalı sürəti tənzimlənən ötürücülərin tətbiq edilməsinin üstünlüklərini, bu cihazlar sayəsində iş səmərəliliyinin 30 faiz yüksəldildiyini əks etdirən son tədqiqat nəticələrini diqqətə çatdırıb.

SDU-nun prorektoru Nadir Kazımov Azərbaycanda qlobal enerji şirkətinin bilik və təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, universitet ərazisində şirkət tərəfindən təchiz edilən texniki xidmət emalatxanasının istismara verilməsini enerji idarəetməsi sahəsində əməkdaşlıq istiqamətində ilk addım olduğunu bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov