Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Universitetdə bilik yarışı

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  Gənclər Günü münasibəti ilə  "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı fakültələrarası bilik yarışı keçirilib. Yarışdan öncə universitetin müəllim və  tələbə heyəti  ulu öndər Heydər Əliyevin ADMİU-da yerləşən büstü qarşısına gül dəstələri qoyublar. 

Bilik yarışını giriş sözü ilə açan professor   Gülşən Əliyeva - Kəngərli  qeyd edib ki,  yarışın keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və Azərbaycan mədəniyyətinə olan töhfəsinin tələbələr tərəfindən dərindən öyrənilməsi və təbliğidir.

Universitetin altı fakültəsini təmsil edən komandalar  birincilik  uğrunda mübarizə aparıb. Yarış  3 turdan və komandalara əvvəlcədən təqdim olunmuş mövzular əsasında hazırlanan  36 sualdan ibarət  olub.  Münsiflər heyətinin  qərarına əsasən I yeri sənətşünaslıq, II yeri rejissor sənəti, III yeri rəssamlıq, IV yeri isə aktyor sənəti və kulturologiya fakültələri qazanıblar.

Sonda qalib komandalara mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov