Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Qran-pri mükafatının sahibi

 

Sədəf Budaqova  ilk təhsilini Laçın rayonundakı  11  nömrəli  tam orta məktəbdə,  musiqi təhsilini isə Xırdalan şəhər uşaq musiqi məktəbinin  xanəndəlik sinfində alıb. Muğam və təsniflərimizin  sirlərini xalq artisti Gülyaz Məmmədovadan öyrənib. 2011-ci ildə Azərbaycan Dövlət  filarmoniyasında  dövlət  müstəqilliyinin  bərpasının iyirminci  ildönümünə həsr olunmuş konsertdə onun  ifa etdiyi  "Heyratı"  ritmik muğamı alqışlarla qarşılanıb. Həmin il  "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi  III Beynəlxalq Uşaq Muğam festivalı finalçılarının yekun konsertində  muğamsevərlərə xoş ovqat bəxş  edərək qran-pri mükafatına layiq görülüb. Ümummilli lider  Heydər Əliyevin anadan olmasının  90 illik  yubileyi münasibətilə keçirilən müsabiqədə I,  dahi vokalçı Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş müsabiqədə  III yerləri qazanıb. 

İstedadlı tələbə Sədəf Budaqova  Azərbaycan  Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin xanəndəlik ixtisası üzrə IV kurs tələbəsidir. Arzusu gələcəkdə milli musiqimizin sirlərinə yiyələnmək və onu dünya miqyasında təbliğ etməkdir.

Qeyd  edək ki, S. Budaqova IV Respublika V Muğam müsabiqəsinin iştirakçısıdır.

 Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov