Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

"Qəhrəmanlar ölmürlər"

 

Böyütmək üçün seçinBu günlərdə Bakıdakı 314 nömrəli  tam orta məktəbdə "Qəhrəmanlar ölmürlər" mövzusunda tədbir keçirilib. Öncə tədbirin yuxarı sinif şagirdlərindən olan aparıcıları  qonaqları salamlayıb və  məktəbin həyətində təşkil olunmuş mərasimə dəvət ediblər. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vidadi Dəmirov vətənpərvərlik mövzusunda tədbirlərin bu təhsil ocağında  tez-tez keçirildiyini deyib. Bildirib ki,  bütün xalqımız kimi 314 nömrəli məktəbin pedaqoji  kollektivi və şagirdləri  də  ulu öndər Heydər Əliyev ideyalarına daim sadiqdirlər və Vətən torpaqlarının düşməndən azad olunması üçün döyüşməyə hər an hazırdırlar.

Sonra meydan məktəbin X-XI sinif şagirdlərinin ixtiyarına verilib. Onlar  göstərdikləri maraqlı idman nümunələri və hərbi təlim məşqləri ilə bir daha sübut ediblər  ki, Azərbaycanın böyüməkdə olan gənc nəsli gücü, iradəsi, savadı və bacarığı ilə düşməni hər an  məhv etməyə  qadirdir. Şagirdlər bildiriblər ki, dövlətin ərazi bütövlüyünün mövcudluğu ordunun gücündan, əsgər və zabitinin mənəvi-psixoloji hazırlığından asılıdır. Xalqımız arxalandığı  ordusunu həmişə ucalarda görmək istəyir və onunla fəxr edir.

Çıxış edənlər belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar şagirdlərin nümayiş etdirdikləri  hərbi idman hərəkətlərini  çox bəyəndiklərini bildirərək Milli Qəhrəman  Mübariz İbrahimovun rəşadətindən  danışıblar.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq, vətənpərvərlik duyğularını tərənnüm edən şeir və nəğmələr səsləndirilib. Şagirdlər xalqımızın igid oğulları kimi vətənpərvər olacaqlarına, təhsildə, ictimai həyatda daim uğurlar qazanacaqlarına and içiblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov