Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol

 

Böyütmək üçün seçinBakı Şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Səbail rayonu 91 nömrəli tam  orta məktəbin şagirdləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, idarənin məsul işçiləri və komandalar iştirak ediblər. Şəhidlərimizn xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mübariz İbrahimova həsr olunmuş film nümayiş olunub.

Yarışın baş hakimi, 91 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirilməsi haqqında geniş məlumat verib.

Sonra Baş İdarənin rəisi Raqif Abbasov futbolun inkişafında uşaqlar arasında keçirilən mini-futbol  turnirinin  böyük rol oynadığını bildirərək, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətindən danışıb.

Sonda Raqif Abbasov gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayaraq onlara Mübarizdən, onun qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə götürmələrini tövsiyə edib.

Tədbirin sonunda qalib olmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplomlar və hədiyyələrlə təltif olunub.

Onu da qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir 31 yanvar -8 fevral tarixində keçirilib. Turnirdə 8 komanda iştirak edib, hər komandanın tərkibi 10 nəfərdən ibarət olub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov