Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Velosipedçilərimizin daha bir uğuru

 

Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvləri Portuqaliyada təşkil olunan yarışda 2 qızıl və 1 bürünc medal əldə ediblər. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Trofeu CAR Anadia" turnirində 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb. Qızıl medallar yığma komandamızın lideri Olqa İsmayılovanın aktivindədir. Həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan velosipedçimiz hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Turnir yığmamızın gənc üzvü Nicat Niftəliyev üçün xüsusilə əlamətdar olub - Bakıdakı 8  nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc medal əldə edib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov