Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Təhsil Nazirliyi SABAH qruplarına qəbulla bağlı müsabiqə keçirir

 

Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir.

Müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.

SABAH qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı artıq başlayıb. www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər.

6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov