Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Rusiyanın Ali İqtisad Məktəbi Azərbaycan Dövlət İqtisad Universitetində olimpiada keçirib

 

Böyütmək üçün seçinFevralın 14-15-də Rusiya Federasiyasının Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universiteti (AİM) Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olimpiada keçirib.

Olimpiadanın açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov iştirak ediblər.

3510 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycandan 50 tələbə  qatılıb. Onlardan 45 nəfəri ADİU-nun tələbəsidir.

Olimpiadanın təşkil edilməsi üçün Bakıya gələn AİM-in professoru M.Plotnikov ADİU müəllimləri və tələbələri üçün menecment üzrə master-klass da keçirib.

Qeyd edək ki, olimpiada AİM-in magistraturasında təhsil almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı ölkələr) vətəndaşları olan tələbələr və məzunlar arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilir. Qaliblər və mükafatçılar AİM-in magistraturasına imtahansız qəbul olunaraq ödənişsiz və təqaüd almaqla təhsil almaq hüququ qazanacaqlar. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov