Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  "Şur" dəstgahına həsr olunmuş tədbir keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində    "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ərəfəsində  növbəti tədbir baş tutub.  Musiqi sənəti fakültəsi  "Muğam sənəti" kafedrası müəllimlərinin yaradıcılıq-ifa işi  "Şur" dəstgahına həsr olunan tədbiri  ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən olan "Muğam aləmi" Beynəlxalq  festivalının əhəmiyyətindən, muğamlarımızın bütün dünyaya tanıdılmasında böyük rolundan, onların musiqi mədəniyyətimizdəki yerindən,  istedadlı xanəndələrin, ifaçıların  üzə çıxarılaraq tanıdılmasından danışıb, belə tədbirlərin  gələcək üçün böyük təcrübə olduğunu vurğulayıb. 

Daha sonra "Muğam sənəti" kafedrasının müəllimi, xalq artisti Gülyanaq Məmmədova ifa olunacaq  "Şur" dəstgahı haqqında  tarixi və nəzəri baxımından  məlumat verib.  Dəstgah  Gülyanaq Məmmədova, Xalq çalğı alətləri ifaçılığı kafedrasının  dosentləri, əməkdar artistlər Vamiq Məmmədəliyev, Mirnazim Əsədullayev və tələbələrin ifasında dinləyicilərə kompozisiya şəklində təqdim edilib. 

ADMİU-nun müəllim-tələbə heyətinin, muğam bilicilərinin iştirak etdikləri tədbir maraqla qarşılanıb. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov