Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar

 

Böyütmək üçün seçinBu günlərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində start götürən ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyi başa çatıb.

Yarışlar beynəlxalq dərəcəli hakim Boris Muşailovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunub. Qızlar və oğlanlar arasında keçirilən yarışda 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi, 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbi, Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubu,  lNeftçi»  İdman Klubu İctimai Birliyini və T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayını təmsil edən 70 nəfər şahmatçı iştirak edib.

Keçirilən yarışlarda qızlar - ümidlər arasında Səkinə İbişova I,  Fatimə Sadıqova II, Əli Banu   III yeri tutublar. Kiçik  kadetlər arasında Validə  Məmmədova I, Yalta  Muşailova  II,  Nigar  Xəlilova III yerə sahib çıxıblar.  Kadetlər arasında I yeri Nəzifə Kazımova, Bənövşə  Pirquliyeva II,  Məsumə  Paşazadə III,  gənclər arasında isə   Nərmin Səyadzadə I,  Firduz Kərimzadə  II,  Fatimə  Əfəndi III yeri tutublar. 

Oğlanlardan  ümidlər arasında I yeri Ağarza Əliyev,  II yeri Nihat  Həsənov, III yeri Vaqif  İsmayılov,  kiçik kadetlər arasında I yeri  İsa Musayev, Əli  Vəzirov II,  Emil  Şahməmmədov III,  kadetlər arasında I yeri  Rəvan Novruzov,  II yeri  Emin Hüseynov, III yeri  Paşa Eyvazzadə,  gənclər arasında I yeri  Ayaz Səmədli, II yeri Zeynal Rəşidli  və III yeri  Fərid Həsənov  tutublar.

Yarışın bağlanışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Boris Muşailov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Sonda qızlar və oğlanlar - ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov