Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

"Təhsil" Respublika İdman Mərkəzinin ağır atletika üzrə Respublika birinciliyi

 

Hövsan Olimpiya İdman Kompleksində "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) ağır atletika üzrə Respublika birinciliyi keçirilib.

Birinciliyin məqsədi fevral ayında keçiriləcək respublika yarışında iştirak edəcək "Təhsil" RİM-in yığma komandasının tərkibini müəyyənləşdirmək, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ağır atletika bölmələri ilə yaxından tanış olmaqdan ibarətdir.

13-15 və 16-17 yaşlı yeniyetmələr arasında keçirilən yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin ağır atletika bölmələrindən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda 13-15 yaşlı yeniyetmələr arasında I yeri 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM), II yeri 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin (İOEUGAM), III yeri "Təhsil" RİM-in Lənkəran filialının komandaları tutub. 16-17 yaşlılar arasında isə I yeri 5 nömrəli İOEUGAM-ın, II yeri Goranboy Uşaq-Gənclər İdman Məktəbinin, III yeri "Təhsil" RİM-in Gəncə filialının yetirmələri qazanıblar.

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov