Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Rəsmi xronika

 

* Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib.

 * Ölkə başçısı İlham Əliyev fevralın 26-da Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında sərəncam imzalayıb. 

* Fevralın 26-da Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi və bir qrup əməkdaşının isə "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. 

* Fevralın 25-də dövlət başçısı  İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Prezident İlham Əliyev fevralın 25-də A.T.Rasi-zadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində səfərdə olub.

 * Ölkə başçısı İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.

 * Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Ə.M.Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

* Fevralın 23-də  ölkə başçısı İlham Əliyev  "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov